Bakı-Quba yolunda avtomobil aşıb, ölən və xəsarət alan var
- 31-07-2017, 14:40
- 59 976
Bakı-Quba yolunun 112-ci km-də Bakı şəhər sakini, 24 yaşlı Rübabə Əliyevanın idarə etdiyi “KİA” markalı avtomobil aşıb.
Qəza nəticəsində maşında olan sərnişin, sürücünün anası, 55 yaşlı Sənəm Əliyeva ölüb. Sürücü isə ağır bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.