Salyanda usta yük maşınının altında qalaraq öldü

Hadisə

 Salyanda usta yük maşınının altında qalaraq ölüb.

Hadisə Yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Rayon sakini, 1986-cı il təvəllüdlü Sadıqov Vüsal Seyidməmməd oğlu yük maşınını təmir edən zaman digər avtomobil həmin nəqliyyat vastəsinə çırpılıb.

Nəticədə usta yük maşınının altında qalaraq həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.