Samuxda külli miqdarda çətənə məhv EDİLDİ

Hadisə

 Samux rayonunda yabanı halda bitən 3 ton 100 kq çətənə bitkisi məhv edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının "Xaş-xaş 2024" planına uyğun olaraq keçirdikləri tədbirlərlə rayonun Ziyadlı kəndi ərazisində yabanı halda bitən 3 ton 100 kq 4950 ədəd çətənə bitkisi toplanılaraq məhv edilib.