Bakıda 18 yaşlı oğlanı maşın VURDU

Hadisə

Bakının Xəzər rayonununda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xalqxeber.az-ın məlumatına görə, Mərdəkan qəsəbəsində avtomobil yolu keçən 2006-cı il təvəllüdlü Məmmədov Tunar Fariz oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.