Gədəbəydə 12 otaqlı evdə yanğın olub 28-05-2024, 17:20 639 Hadisə Gədəbəy şəhərində ümumi sahəsi 700 m² olan ikimərtəbəli 12 otaqlı evin 2-ci mərtəbəsində mətbəxin yanar konstruksiyaları 15 m² sahədə yanıb.Yüksək temperaturdan 1 otağın və dəhlizin tavanı 170 m² sahədə qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.