Yevlaxda "VAZ-2101" "Qazel"lə toqquşdu - Üç azyaşlı yaralandı
- 26-05-2024, 12:20
- 710
Hadisə rayonun Kür çayı üzərindən keçən nəqliyyat körpüsündə qeydə alınıb. Belə ki, "VAZ-2101" markalı avtomobil "Qazel"lə toqquşub.
Qəza nəticəsində "VAZ 2101" avtomobilində olanlar ağır vəziyyətdə yaralanıblar. Aralarında durumu ciddi olan ailənin 3 azyaşlı övladı da var. 2018-ci il təvəllüdlü Samirə Rasim qızı Rəsulova, 2017-ci il təvəllüdlü bacısı Rasiyə Rəsulova ağır durumda xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdiriliblər. Onların 2019-cu il təvəllüdlü qardaşı Ceyhun Rəsulova isə zəruri tibbi yardım göstərildikdən sonra durumu stabilləşib.
Faktla bağlı araşdırma aparılır.