Aytən Səfərova ağır yol qəzası keçirtdi
- 17-04-2024, 09:50
- 740
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Məlumata görə, aparıcının idarə etdiyi avtomobil Xətai rayonu, Xudu Məmmədov küçəsində digər maşınla toqquşub.
Qəza nəticəsində digər avtomobildə olan 5 nəfər xəsarət alıb. Yaralılar Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdiriliblər. Onlardan birinin, 18 yaşlı oğlanın vəziyyəti ağırdır. A. Səfərova isə yüngül xəsarət alıb, xəstəxanaya yerləşdirilib. Bildirilib ki, yaralılardan 3 qız, ikisi oğlandır.