Ağsuda maşın aşdı, sürücü öldü
- 20-03-2024, 17:30
- 1 011
Hadisə rayonun Ağraq kənd ərazisində qeydə alınıb. Rayonun Bozavand kənd sakini 1966-cı il təvəllüdlü Əliyev İsgəndər Baxış oğlu avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili yol kənarındakı su arxına aşırıb.
Hadisə zamanı ağır xəsarət alan sürücü İ.Əliyev hadisə yerində dünyasını dəyişib.