2 polis işğaldan azad olunan ərazidə ehtiyatsızlıqdan həlak oldu
- 13-03-2024, 09:12
- 695
Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, polis nəfərinin xidməti silahdan ehtiyatsız davranması nəticəsində açılan 1 atəşdən polis zabiti 1982-ci il təvəllüdlü Ramiz İsmayılov, polis nəfəri Abid Mustafazadə xəsarət alıblar. Göstərilən tibbi müdaxilələrə baxmayaraq onlardan biri hadisə yerində, digəri xəstəxanaya aparılarkən həyatını itirib.
Araşdırma aparılır.