Ödənişli yolda ağır qəza, ölən və yaralananlar var - Foto
- 5-03-2024, 15:29
- 735
Hadisə yolun Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
“Hyundai” markalı avtomobil idarəetmənin itirilməsi səbəbindən yolun kənarına aşıb. Qəza nəticəsində bir qadın hadisə yerində dünyasını dəyişib. Sürücü və avtomobildə olan iki sərnişin yaralanıb.
Yaralananlar xəstəxanaya yerləşdiriliblər.(Azertac)
Faktla bağlı araşdırma aparılır.