Sumqayıtda yaşayış binasında yanğın

Hadisə

 Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasında yanğın olub.

Binanın 2-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 5 ədəd sayğac, 5 ədəd qoruyucu açar və 3 p.m elektrik kabeli yanıb, yüksək temperaturdan plastik su borusu 0,1 p.m əriyib. Digər sayğaclar və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.