Bakıda ana gənc qızını bıçaqladı
- 22-07-2017, 11:52
- 91 757
Qala qəsəbəsində yaşayan 1994-cü il təvəllüdlü Həmidova Cəmalə Nizami qızı yaşadığı evdə anası ilə mübahisə edib.
Nəticədə o, anası tərəfindən bıçaqlanaraq ağır xəsarətlər alıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.
Hadisənin dəqiq səbəbləri Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılacaq araşdırmalardan sonra məlum olacaq.