SON DƏQİQƏ
XalqXeber.Az » İdman » Azərbaycanda daha bir beynəlxalq yarışma keçirilə bilər

Azərbaycanda daha bir beynəlxalq yarışma keçirilə bilər

Tarix:

5-06-2017, 10:08

/ 229 052 dəfə oxundu.
Azərbaycanda daha bir beynəlxalq yarışma keçirilə bilər

“Azərbaycanda kitesurfinq idman növünü populyaşdırması üçün biz beynəlxalq yarışların keçirilməsini müzakirə edirik”.

Bunu Şuraabad Kitesurfinq Mərkəzinin rəhbəri Maks Fraydebeqq jurnalistlərə açıqlamasında bildirib.

M.Fraydebeqqin sözlərinə görə, Azərbaycanda yerli əhali bu idman növünə maraq göstərir.

“Lakin biz Azərbaycanda kitesurfinqin daha populyaşdırması üçün müəyyən addımlar atmağı planlaşdırırıq. Misal üçün bu günlərdə biz kitesurfinq üzrə “King of the Air” beynəlxalq yarışmanın qalibi Ruben Lenteni Azərbaycana dəvət etmişik”.

O bildirib ki, mərkəz 5 ilə yaxın fəaliyyət göstərir:

“İstənilən şəxs öz avadanlığı ilə buraya gəlib kitesurfinqlə məşğul olar bilər. Bunun üçün sadəcə öncədən mərkəzə zəng olunmalıdır. Əsas məsələ havanın küləkli olmasıdır. Bakıda Şuravabad Kitesurfinq Mərkəzinə 45 dəqiqəyə çatıb, bu idmanla məşğul olmaq mümkündür”.

Şərhlər

XƏBƏR LENTİ