SON DƏQİQƏ
XalqXeber.Az » İdman » Cahangir Hacıyevin keçmiş klubunda maaş qalmaqalı - ŞİKAYƏT

Cahangir Hacıyevin keçmiş klubunda maaş qalmaqalı - ŞİKAYƏT

Tarix:

2-06-2017, 16:14

/ 274 901 dəfə oxundu.
Cahangir Hacıyevin keçmiş klubunda maaş qalmaqalı - ŞİKAYƏT

"İnter” futbol klubunda maaş qalmaqalı davam edir.

"futbolinfo”ya istinadən xəbər veririk ki, klubun futbolçularına olan maaş borcunun bir qismini ödəyib. Klub rəhbərliyi mart və aprelin əmək haqlarını futbolçuların hesabına köçürüb.

Mayın maaşının isə iyunun 5-dək ödəniləcəyinə dair söz verilib.

Maraqlıdır ki, 2 gün öncə futbolçularla görüşündə "İnter”in Müşahidə Şurasının sədri Zaur Axundov futbolçularla başqa cür danışıb. Öncə onlara cəmi bir ayın maaşının veriləcəyini bildirən yeni sədr "hələ buna da şükür etməlisiniz” sözlərini əlavə edib.

Lakin futbolçuların etirazından sonra avrokubok qabağı problem yaşamaq istəməyən rəhbərlik sponsorlarla danışaraq problemi yoluna qoyub.

Qeyd edək ki, Beynəlxalq Bankın imtina etməsindən sonra AFFA klubu himayəsinə götürüb. Klubun fəxri prezidenti indi həbsdə olan bankir Cahangir Hacıyev olub.

Şərhlər

XƏBƏR LENTİ