SON DƏQİQƏ
XalqXeber.Az » İdman » Azərbaycan tarixində ilk - Məmmədyarovdan rekord

Azərbaycan tarixində ilk - Məmmədyarovdan rekord

Tarix:

31-05-2017, 17:00

/ 78 817 dəfə oxundu.
Azərbaycan tarixində ilk - Məmmədyarovdan rekord

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb.“Top-100”də Azərbaycanın 5 qrossmeysteri yer alıb.

Ən yaxşı nəticə Şəhriyar Məmmədyarova məxsusdu. O, ilk dəfə reytinq xalını 2800-ə çatdıraraq 5-ci pillədə yer alıb.

Yığmamızın digər üzvlərindən Teymur Rəcəbov 28-ci (2724), Arkadi Naydiç 37-ci (2710), Rauf Məmmədov 58-ci (2689) və Eltac Səfərli 97-ci (2656) yerdə qərarlaşıb.

Qadınların cədvəlində ən güclülər arasında Gülnar Məmmədova yer alıb. O, 2368 xalla 94-cüdü. Bu siyahıya isə yenə çinli Yifan Hou (2666) başçılıq edir.

Şərhlər

XƏBƏR LENTİ