SON DƏQİQƏ
XalqXeber.Az » İdman » Gümüş medal qazandıq

Gümüş medal qazandıq

Tarix:

13-05-2017, 17:18

/ 82 978 dəfə oxundu.
Gümüş medal qazandıq

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan daha bir medal qazanıb.

Məlumata görə, azərbaycanlı idmançı Şəfəq Əmrahova qadınların stend atıcılığı yarışında gümüş medala sahib çıxıb.

Türkiyəli Nihan Gürer 1-ci, qətərli Xulud Hassan əl-Xələf isə 3-cü yeri tutub.

Xatırladaq ki, bundan əvvəl kişilərin 25 metr məsafədən tapança ilə mərkəzə atəş açma yarışında təmsilçimiz Ruslan Lunyov qızıl medal qazanıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Şərhlər

XƏBƏR LENTİ