XalqXəbər.Az

Azərbaycan ilk medalını təmin etdi - Bakı-2017

yüklənir...
Azərbaycan ilk medalını təmin etdi - Bakı-2017
12-05-2017, 15:24
yüklənir...

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında kişilər arasında boks yarışı davam edir.

Məlumata görə, 1/4 final mərhələsində təmsilçimiz Məhəmmədrəsul Məcidov Qazaxıstan idmançısı Nurlan Saparbayla qarşılaşıb.

+91 çəki dərəcəsində mübarizə aparan idmançıların gərgin keçən görüşündə boksçumuz 5:0 hesablı qələbə qazanaraq yarımfinala yüksəlib.

Beləliklə, Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarında ilk medalını - ən azı bürünc medalı təmin edib.

Qeyd edək ki, bu gün açılışı olacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.