SON DƏQİQƏ
XalqXeber.Az » İdman » İslamiada çərçivəsində boks yarışlarına start verildi

İslamiada çərçivəsində boks yarışlarına start verildi

Tarix:

12-05-2017, 12:47

/ 86 911 dəfə oxundu.
İslamiada çərçivəsində boks yarışlarına start verildi

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində boks yarışlarına start verilib.

Yarışlar “Baku Crystal Hall”da təşkil olunub və yarışlarda 27 ölkənin idmançısı iştirak edəcək.

Boks yarışlarının ilk günündə 60 kiloqram və 91 kiloqramdan yuxarı çəki dərəcələrində boksçular mübarizə aparırlar.

Yığmamızın heyətində ilk olaraq rinqə ikiqat dünya çempionu Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) çıxacaq. Mübarizəyə dörddəbir finaldan qoşulacaq M.Məcidov Qazaxıstan boksçusu Nurlan Saparbaya qarşı çıxış edəcək.

Finallar isə mayın 18-də olacaq.

Qeyd edək ki, bu gün açılış mərasimi keçiriləcək Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.

Şərhlər

XƏBƏR LENTİ