XalqXəbər.Az

Messi ilin ən yaxşısı seçildi - “Barselona” 17 səbəbi açıqladı

yüklənir...
Messi ilin ən yaxşısı seçildi - “Barselona” 17 səbəbi açıqladı
24-09-2019, 14:39
yüklənir...

İspaniyanın “Barselona” klubu əsas komandanın kapitanı Lionel Messinin ilin ən yaxşı futbolçusu seçilməsinin 17 səbəbini açıqlayıb.

Kataloniya təmsilçisi rəsmi saytı vasitəsi ilə 32 yaşlı argentinalı hücumçunun 6-cı dəfə FIFA-nın “The Best” mükafatına layiq olduğunu göstərən məqamları bu cür sıralayıb:

1. La Liqa və İspaniya Superkubokunda qalibiyyət

2. La Liqanın ən yaxşı bombardiri (36 qol)

3. Ötən mövsümün yekunlarına əsasən, “Qızıl buts” mükafatı (36 qol, 72 xal)

4. Ötən mövsüm Çempionlar Liqasının bombardiri (12 qol)

5. “Barselona”nın heyətində 600-cü qol

6. Avropa top-liqalarında cərimə zərbəsindən ən çox qol

7. La Liqada 400-cü qol

8. Karyerasında 6-cı dəfə 50-dən çox qol

9. La Liqada qələbə rekordu

10. “Barselona”da qələbə sayına görə rekord

11. İpsaniyada klub üçün titul sayında rekord

12. La Liqada ən çox məhsuldar ötürmə (13)

13 Amrika Kubokunda bürünc medal

14. La Liqada ardıcıl 11 mövsümdə 20-dən çox qol

15. İspaniya Kupokunda raryerası ərzində 50-dən çox qol

16. 50-dən çox het-trik

17. İspaniya Kubokunda 6 finalda qol vuran ilk futbolçu

Qeyd edək ki, ilin ən yaxşı kişi oyunçusu argentinalı Lionel Messi (“Barselona”, İspaniya), ən yaxşı qadın futbolçusu isə amerkalı Meqan Rapino (“Reyn”, ABŞ) seçilib. Kişi komandaları üzrə ən yaxşı baş məşqçi adına almaniyalı Yurgen Klopp (“Liverpul”, İngiltərə) layiq görülüb. Qadın komandaları üzrə isə amerikalı Jill Ellis (ABŞ millisi) qalib olub.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.