SON DƏQİQƏ
XalqXeber.Az » İdman » Həmkarının arvadını zorla evinə aparmaq istədi, döyüldü

Həmkarının arvadını zorla evinə aparmaq istədi, döyüldü

Tarix:

9-09-2019, 12:31

/ 1 670 dəfə oxundu.
Həmkarının arvadını zorla evinə aparmaq istədi, döyüldü

"Çelsi"dən "Bernli" klubuna icarə əsasında keçid edən Denni Drinkuoter küçədə döyülüb.

Xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Mançesterdəki gecə klublarının birinin qarşısında baş verib.

Məlumatda bildirilir ki, sərxoş vəziyyətdə olan Denni Drinkuoter "Skantorp Yunayted”in futbolçusu Krosi Ntlenin sevgilisinə sataşıb. O, həmkarına "Sənin sevgilin mənimlə evimə getməlidir" deyib. Krosi Ntle onları narahat etməməyi tələb etsə də, Denni Drinkuoter ona hücum edib. Bundan sonra mühafizəçilər onu gecə klubundan çıxarıb.

Çöldə isə 6 nəfər Denni Drinkuoterə hücum edərək döyüblər.

Futbolçunun üzündə, çiyinlərində və gözünün altında göyərmələr yaranıb.

Hadisə ilə bağlı polis araşdırmaya başlayıb.

Şərhlər

XƏBƏR LENTİ