SON DƏQİQƏ
XalqXeber.Az » İdman » Elmar Vəliyevin oğlu Allahverdiyevin adamını işdən qovdu

Elmar Vəliyevin oğlu Allahverdiyevin adamını işdən qovdu

Tarix:

29-03-2017, 15:08

/ 11 791 dəfə oxundu.
Elmar Vəliyevin oğlu Allahverdiyevin adamını işdən qovdu

"Kəpəz" futbol klubunda daha bir rəsmi şəxs işdən çıxarılıb. Bu barədə kluba yaxın mənbə məlumat verib.

Mənbənin məlumatına görə, klubun rəisi Tahir Mirzəyev vəzifəsindən azad edilib. Bu barədə klubun Müşahidə Şurasının rəhbəri Elmir Vəliyev qərar verib.

Tahir Mirzəyev klubun keçmiş baş məşqçisi, son dövrlər icraçı direktor kimi "Kəpəz"də fəaliyyət göstərmiş Mehman Allahverdiyevin adamı kimi tanınırdı və məhz onun vasitəsi ilə kluba gətrilmişdi. Allahverdiyev özü bir müddət əvvəl Elmir Vəliyevin atası, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin qərarı ilə klubdan kənarlaşdırılmışdı. Buna səbəb isə icra başçısına "Kəpəz" və rəhbərliyi haqqında xəbərlərin Allahverdiyev tərəfindən mətbuata ötrülməsi barədə məlumat verilməsi olmuşdu.

Hazırda Allahverdiyevin klubda bir adamı qalıb ki, bu baş məşqçi Şahin Diniyevin köməkçisi olan qardaşı Fizuli Allahverdiyevdir. Onun da yaxınlarda işdən çıxarılması gözlənilir.

qaynar

Şərhlər

XƏBƏR LENTİ