SON DƏQİQƏ
XalqXeber.Az » İdman » AFFA "Sumqayıt"-ın prezidenti və baş məşqçisinə xəbərdarlıq etdi

AFFA "Sumqayıt"-ın prezidenti və baş məşqçisinə xəbərdarlıq etdi

Tarix:

28-08-2019, 14:47

/ 1 760 dəfə oxundu.
AFFA "Sumqayıt"-ın prezidenti və baş məşqçisinə xəbərdarlıq etdi

AFFA İntizam Komitəsi "Sumqayıt"un prezidenti Riad Rəfiyev və komandanın baş məşqçisi Ayxan Abbasova ciddi xəbardarlıq edib.
Buna səbəb hər iki şəxsin Premyer Liqanın II turunda evdə "Səbail"ə 0:3 hesabı ilə uduzduqları matçdan sonra hakiminin görüşü qərəzli idarə etmələri haqqında fikirlər söyləməsidir. Bildirilib ki, bu hal təkrar olunarsa, Rəfiyev və Abbasov İntizam Məcəlləsinə uyğun olaraq ciddi cəzalanacaq.

Qurum "Zirə"nin məşqçisi Anar Niftəliyevi də bir oyunluq cəzalandırıb. Buna səbəb onun II turda "Neftçi"yə qalib gəldikləri (1:0) görüşün 80-ci dəqiqəsində texniki zona qaydalarını pozmasıdır. Kluba isə bunun üçün 800 manat cərimə kəsilib.

Şərhlər

XƏBƏR LENTİ