SON DƏQİQƏ
XalqXeber.Az » İdman » AFFA Qurban Qurbanovu vəsiqə taxmadığı üçün CƏRİMƏLƏDİ

AFFA Qurban Qurbanovu vəsiqə taxmadığı üçün CƏRİMƏLƏDİ

Tarix:

21-08-2019, 13:13

/ 1 810 dəfə oxundu.
AFFA Qurban Qurbanovu vəsiqə taxmadığı üçün CƏRİMƏLƏDİ

AFFA İntizam Komitəsi "Qarabağ" klubunu 800 manat məbləğində cərimələyib.

Unikal.org milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna Ağdam təmsilçisinin bəzi rəsmilərinin I turda "Keşlə" ilə matçda “A” buraxılışından istifadə etməməsidir.

Komitə həmin qarşılaşmanın 74-cü dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandandan qovulan "Keşlə"nin oyunçusu Emin Mehtiyevə 1 oyunluq cəza verib, klub isə 200 manat məbləğində cərimələnib.

Qeyd edək ki, "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə başa çatan görüşdə baş məşqçi Qurban Qurbanovla yanaşı, klubun digər üzvləri A buraxılış vəsiqəsindən istifadə etməyib. Əsasnamədə isə göstərilir: "PFL tərəfindən verilmiş A buraxılış vəsiqəsi bütün üzvlər (stadionun soyunub-geyinmə otaqları yer alan tunelinə daxil olduqdan sonra oyunda iştirak edəcək futbolçulara şamil olunmur) tərəfindən görünən səviyyədə taxılmalıdır. Stadionun otaqlarında xidmət aparan şəxslər mütləq şəkildə vəsiqəni taxmalıdırlar. Şəkilli A buraxılışının kənar şəxslərə ötürülməsində klub məsuliyyət daşıyır".

Şərhlər

XƏBƏR LENTİ