SON DƏQİQƏ
XalqXeber.Az » İdman » İlham Əliyev idmançıları təltif etdi - FOTO

İlham Əliyev idmançıları təltif etdi - FOTO

Tarix:

11-07-2019, 16:46

/ 2 465 dəfə oxundu.
İlham Əliyev idmançıları təltif etdi - FOTO

Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə idmançıları və idman xadimlərini təltif edib.

Karateçi Rafael Ağayev, kikboksçu Eduard Məmmədov, taekvondoçu Radik İsayev, paracüdoçular İlham Zəkiyev, Ramil Qasımov, Afaq Sultanova, paraatlet Oluxan Musayev, sərbəst güləşçilər Toğrul Əsgərov və Hacı Əliyev mükafatlandırılıb.

Bundan əlavə hazırda karyerasını bitirmiş, başqa vəzifələrdə çalışan şəxslər Fərid Mansurov (yunan-Roma güləşi), Namiq Abdullayev (sərbəst güləş), Elnur Məmmədli, Nazim Hüseynov (hər ikisi cüdo), Lyudmila Şubina (həndbol), Zemfira Meftahətdinova (atıcılıq), Ceyhun Məmmədov (sambo), Oleq Panyutin (paraatletika), Natali Pronina (paraüzgüçülük) və Ramin İbrahimova (paracüdo) yubiley medalı verilib.

Bundan əlavə “Qəbələ” klubunun prezidenti Fariz Nəcəfov da Cümhuriyyət medalı ilə təltif edilənlər arasındadır.
İlham Əliyev idmançıları təltif etdi - FOTO
İlham Əliyev idmançıları təltif etdi - FOTO
İlham Əliyev idmançıları təltif etdi - FOTO

Şərhlər

XƏBƏR LENTİ