SON DƏQİQƏ
XalqXeber.Az » İdman » Azərbaycanın futbol BATAQLIĞI... - Milyonlar necə gömülür...

Azərbaycanın futbol BATAQLIĞI... - Milyonlar necə gömülür...

Tarix:

27-03-2017, 10:41

/ 1 827 dəfə oxundu.
Azərbaycanın futbol BATAQLIĞI... - Milyonlar necə gömülür...

Bu gün Azərbaycanda təkcə iki klubun – “Qarabağ” və “Qəbələ”nin AFFA-nın “barmağı” olmadan fəaliyyət göstərdiyi məlumdur.

Hər iki klub rəhbərlərinin şəxsi imkanları sayəsində inkişaf edir.İş adamı Abdulbari Gözəlin klubu “Qarabağ” və Tale Heydərovun rəhbəri olduğu “Qəbələ”nin qapıçılarına xərclədiyi pulun məbləği ilə bağlı bəzi məlumatlar əldə edilib.

Bu gün “Qəbələ”də əsas komandada 2 qapıçı var: ukraynalı Dmitri Bezotosni və polşalı David Pietrzkieviç. Klub ukraynalı qapıçı üçün təxminən 800 min dollar, polşalı qolkiperə isə 200 min dollar xərcləyib. Tale Heydərovun hər iki “çərçivə” qoruyucuları üçün xərclədiyi pulun ümumi məbləği təqribən 1 milyon dollardır.
Abdulbari Gözəlin rəhbəri olduğu Ağdam təmsilçisində isə 3 qapıçı var. Onlardan ən əsası İbrahim Sehiçdir. Bosniya və Herseqovinalı Sehiçdən başqa komandada köməkçi iki qapıçı isə Boyan Şaranov və Şahruddin Məhəmmədəliyevdir.

“Qarabağ”lılar Sehiçi 2013-cü ildən heyətlərinə qatıblar. Onun komandada qalması üçün təxminən 900 min dollar xərcləndiyi deyilir.

Bir ildir ki “Qarabağ”da olan serbiyalı Şaranov üçün 600 min dollar, yerli ehtiyat qapıçı Məhəmmədəliyevə görə isə 100 min manata yaxın pul ödənilib. Ümumi məbləğ isə 1 milyon dollardan çoxdur.

Beynəlxalq futbol yarışlarında Azərbaycanın üzünü ağardan komandaların da məhz “Qarabağ’ ilə “Qəbələ” olduğunu nəzərə alsaq, verilən pulun boşa getmədiyini görmək mümkündür.

Yeniçağ

Şərhlər

XƏBƏR LENTİ