SON DƏQİQƏ
XalqXeber.Az » İdman » “Quska”nın “podelnik”ləri azadlığa buraxıldı

“Quska”nın “podelnik”ləri azadlığa buraxıldı

Tarix:

2-04-2019, 15:49

/ 1 238 dəfə oxundu.
“Quska”nın “podelnik”ləri azadlığa buraxıldı

Bu gün Bakı Hərbi Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, Dövlət Sərhəd Xidmətinin əməkdaşları - Həbib İbrahimov, Zaur Quliyev, Pərviz Kazımov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, və Nazim Əliyevin məhkəməsi başlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib. İclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

DSX əməkdaşları H.İbrahimov, Z.Quliyev və P.Kazımovun vəkilləri vəsatət verərək onların ev dustaqlığına buraxılmasını istəyiblər. Məhkəmə bu istəyə “hə” deyib və onlar zaldan azadlığa buraxılıblar.

Proses aprelin 9-da davam etdiriləcək.

Qeyd edək ki, iş üzrə 28 nəfər zərərçəkmiş var.

Şərhlər

XƏBƏR LENTİ