SON DƏQİQƏ
XalqXeber.Az » İdman » Şəhriyar Məmmədyarov danışılmış oyunlarda ittiham edildi

Şəhriyar Məmmədyarov danışılmış oyunlarda ittiham edildi

Tarix:

6-06-2018, 10:59

/ 1 592 dəfə oxundu.
Şəhriyar Məmmədyarov danışılmış oyunlarda ittiham edildi

Şahmat üzrə dünya çempionu Maqnus Karlsen iddia edib ki, rusiyalı Sergey Karyakin və azərbaycanlı Şəhriyar Məmmədyarov arasında Norveçin Stavanqer şəhərində keçirilən qarşılaşma danışılmış xarakter daşıya bilər

Oxu.Az-ın xəbərinə görə, onun sözlərini TASS nəşri sitat gətirir.

Karyakin və Məmmədyarov mayın 30-da baş tutan oyunda heç-heçə ediblər.

“Mən bilirəm ki, Məmmədyarov və Karyakin əvvəlki turnirlərdə danışılmış oyunlarda iştirak edib. Əgər onlar bu dəfə də razılaşıblarsa, mən heç təəccüblənmərəm. Ancaq mənim buna sübutum yoxdur.

Ola bilsin ki, qarşılaşma zamanı baş verənləri diqqətlə izləmək lazımdır.

Xoşbəxtlikdən dünya çempionatında bunu etmək mümkün olmayıb, mən heç vaxt belə etməmişəm, amma bunu edənlərə mane olmaq da çətindir”, - Karlsen deyib.

Karyakin Karlsenin ittihamlarını rədd edərək deyib ki, Məmmədyarovla dostluq münasibətlərinə baxmayaraq, heç bir danışılmış oyundan söhbət gedə bilməz.

“Əlbəttə, biz razılaşmamışıq. Biz dostuq, amma bu yarışda hamı qələbə qazanmağa çalışır. Heç-heçə bizim heç birimizə sərf etmirdi.

Hərdən mənə də elə gəlir ki, bəzi oyunlar danışılmış olur”, - Karyakin deyib.

Şərhlər

XƏBƏR LENTİ