SON DƏQİQƏ
XalqXeber.Az » İdman » İdmançımız qələbə qazandı - FOTOLAR

İdmançımız qələbə qazandı - FOTOLAR

Tarix:

23-02-2017, 22:54

/ 2 125 dəfə oxundu.
İdmançımız qələbə qazandı - FOTOLAR

Rusiyada MMA üzrə keçirilən “Fights Night Global 59” əlbəyaxa döyüşündə Azərbaycan idmançısı qalib gəlib.

Moskva vilayətinin Ximki şəhərində yerləşən arenada keçirilən döyüşdə rinqə çıxan azərbaycanlı idmançı, Qəbələ İdman Klubunun üzvü, MMA üzrə dünya və Asiya çempionu Nəriman Abbasov rusiyalı rəqibi Artur Zaynukovla qarşılaşıb.

Üç raundan ibarət görüşdə Qəbələ İdman klubunun üzvü Nəriman Abbasov rinqdə rusiyalı idmançını tam xal üstünlüyü ilə məğlub edərək yarışın qalibi olub.

Nəriman Abbasov döyüşün çox ağır keçdiyini bildirib: "Bu görüş mənim üçün çox önəmli idi. Tam xal üstünlüyü ilə qələbə qazandım. Bu görüşdə qələbə qazanmağım mənim bundan sonra titullu görüşlərdə iştirakıma yol açdı. İlk öncə məşqçim, Şəhriyar Abbasova, komandamızın kapitanı Bəztiyar Abbasova təşəkkürümü bildirmək istəyirəm".

N. Abbasov Qəbələ İdman Klubunun prezidenti Taleh Heydərova onlara verdiyi dəstəyə görə təşəkkürünü bildirib.

İdmançımız qələbə qazandı - FOTOLAR
İdmançımız qələbə qazandı - FOTOLAR
İdmançımız qələbə qazandı - FOTOLAR
İdmançımız qələbə qazandı - FOTOLAR

Şərhlər

XƏBƏR LENTİ