SON DƏQİQƏ
XalqXeber.Az » İdman » “Qəbələ” 6 top buraxdı, uduzdu

“Qəbələ” 6 top buraxdı, uduzdu

Tarix:

17-01-2017, 12:16

/ 1 760 dəfə oxundu.
“Qəbələ” 6 top buraxdı, uduzdu

Mövsümün ikinci yarısına hazırlığı Antalyada davam etdirən “Qəbələ”nin əvəzedicilərdən ibarət komandası ilk yoxlama oyununu keçirib.

xalqxeber.az xəbər verir ki, Hüseynqulu Quliyevin yetirmələri Albaniyanın “Partizani” klubunun əsas komandası ilə qarşılaşıb. Ölkəsinin 15 qat çempionu və ötən mövsümün vitse-çempionu ilə görüşə “qırmızı-qaralar” aşağıdakı heyətlə çıxıb:

Həsən Hüseynov, Amin Seydiyev, Elvin Dəmirov, Əzəmət Ələkbərli, Ülvi İbazadə (k), Tural Məmmərzayev, Rövlan Muradov, Baxşəli Baxşəliyev, Səid İbadov, Nurlan Quliyev, Ülvi İsgəndərov.

Qarşılaşmanın ilk yarısı məhsuldar alınıb. Komandalar fasiləyədək qapılara 7 qol vurub. Daha təcrübəli olan Tirana klubunun futbolçuları ilk 5 dəqiqədə iki dəfə fərqlənməyi bacarıblar. “Qəbələ” hissənin ortalarında buraxılan 3-cü qoldan sonra rəqib qapısına yol tapıb. Rövlan Muradov fərqi azaldıb - 1:3. Bundan 3 dəqiqə sonra “Partizani” fərqi yenidən artırmağı bacarıb.

“Qırmızı-qaralar” Nurlan Quliyevin 39-cu dəqiqədəki qolu ilə yenidən fərqi iki topa endirsə də, albaniyalılar fasiləyədək 5-ci dəfə də qol sevinci yaşayıb - 2:5.

Oyunun gedişində "qırmızı-qaralar"da bir sıra futbolçu dəyişiklikləri gerçəkləşib. Meydana Əmrah Zülfüqarlı, Sahil Mirzəyev, Ravil Yusifli, Elvin Həsənov, Xəyal Əmirli, Qədir Bayramlı və Sahil Zeynallı daxil olublar. Fasilədən sonra matçdakı məhsuldarlıq da aşağı düşüb. İkinci 45 dəqiqədə yalnız bir qol vurulub. Final fitinə 2 dəqiqə qalmış tiranalılar fərqlənib - 2:6.

Türkiyədəki təlim-məşq toplanışına yanvarın 14-də start verən əvəzedicilər daha iki yoxlama oyununda qüvvəsini sınayacaq.

Xatırladaq ki, bir neçə gün öncə "Qəbələ"nin əsas komandası da "Partizani" ilə oyunda qüvvəsini sınamış, 1:2 hesabıyla uduzmuşdu.

Yoxlama oyunu
16 yanvar
“Qəbələ” (əvəzedicilər) – “Partizani” (Albaniya) 2:6
Qollar: Rövlan Muradov, 25. Nurlan Quliyev, 39 - Qezim Krasniqi, 2. Mentor Mazrekay, 5; 22. Sodiq Atanda, 28. Realdo Fili, 41. Ardit Yaupay, 88.

Şərhlər

XƏBƏR LENTİ