TƏBİB-dən Hacı Şahinin ölümü ilə bağlı açıqlama

TƏBİB-dən Hacı Şahinin ölümü ilə bağlı açıqlama  Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Məşədi Dadaş Məscidinin imamı, tanınmış ilahiyyatçı Hacı Şahin Həsənlinin ölümü ilə bağlı açıqlama verib.

TƏBİB-dən  bildirilib ki, 1974-cü il təvəllüdlü Hacı Şahin Həsənlinin səhhətində yaranan narahatlıqla bağlı Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 2 mart saat 05:30 radələrində çağırış daxil olub.

"Saat 05:43 radələrində təcili tibbi yardım briqadası ünvana çatıb. Ürəktutmasından həkiməqədər ölüm qeydə alınıb", - məlumatda bildirilb.

Qeyd edilib ki, ailəsinin bildirdiyinə görə, Ş.Həsənli martın 1-də özəl tibb müəssisələrdən birinə müraciət edib və müayinələrdən keçib.
Geri qayıt