Bu qadınlar gec qocalır

Bu qadınlar gec qocalır Günəş vannası qəbul edən qadınlar daha uzunömürlü olur.

İsveçin Karolinska Universitet Xəstəxanası və Lund Universiteti tərəfindən aparılan araşdırmada məlum olub ki, tez-tez günəş vannası qəbul edən qadınlar günəş altında dayanmağı sevməyənlərlə müqayisədə daha çox yaşayır.
20 il ərzində 29 min 518 qadın arasında aparılan araşdırma göstərib ki, günəş vannası ürək, xərçəngi çıxmaq şərti ilə digər xəstəliklərin yaranma riskini azaldır. Araşdırma qrupunun rəhbəri həkimi Pelle Lindqvistin sözlərinə görə, günəşdən qaçmaq siqaretlə eyni mənfi təsirə bərabərdir.

Günəş vannası dəri xəstəlikləri riskini azaltdığını göstərib.

Mütəxəssislər günəşə çıxmazdan 30 dəqiqə əvvəl günəş şüalarına qarşı qoruyucu krem sürtməyi təklif edib və günorta 11:00 ilə 15:00 arasında güclü günəş şüalarına məruz qalmamağı məsləhət görüb.
Geri qayıt