Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı  
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 621 yeni yoluxma faktı qeydə alınıb, 648 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1608 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 329, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 279, üç və daha çox doza vaksin vurduranların sayı 866, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 134 nəfərdir.
Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı




Geri qayıt