Abşeron rayonunda şəhidlər anılıb

Abşeron rayonunda şəhidlər anılıb
Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın zəfər qazandığı 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə yüksələn Abşeronlu igidlərin doğum günləri qeyd edilmişdir.

Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medallarına layiq görülən şəhid leytenant Məmmədov Fərid Vəlhad oğlunun mövludu ilə əlaqədar Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq mühazə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti İkinci Fəxri Xiyabanda şəhidimizin məzarını ziyarət etmiş, xatirəsi ehtiramla yad edərək ruhuna dualar oxumuşlar.

Fərid Məmmədovun həyat və şərəfli zabit yolundan söz açılmış, cəbhədə göstərdiyi şücaət və qəhrəmanlıqlarından danışılmışdır.

Sonra şəhidimizin oxuduğu Xırdalan şəhər 2 saylı tam orta məktəbin müəllim kollektivi xatirələrini bölüşmüş, şagirlər tərəfindən vətənə, qələbəyə aid şeirlər səsləndirilmişdir.

İştirakçılar daha sonra “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülən şəhid Salmanov Azər Vəfadar oğlunun doğum günü ilə əlaqədar rayonun Saray qəsdəbəsindəki Şəhidlər Xiyabanına gələrək, onun məzarını ziyarət etmiş, xatirəsi ehtiramla yad edərək ruhuna dualar oxumuşlar.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qələbəsi ilə nəticələnən Vətən Müharibəsində şəhidlərimizin keçdiyi döyüş yolundan danışılmış, onların vətənə göstərdiyi xidmətlərdən və şücaətlərdən bəhs edilmişdir.

Abşeron RİH başçısı Abdin Fərzəliyev şəhid ailələri ilə görüşmüş, onların problermləri və qayğıları ilə maraqlanmış, rayonunda şəhid ailələrinə bundan sonra da daimi olaraq diqqət və qayğının göstəriləcəyini qeyd etmişdir.

Şəhid ailələri də onlara dövlət səviyyəsində hər zaman böyük diqqət və qayğının göstərildiyini qeyd edərək buna görə cənab Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.







Geri qayıt