Kompüter qarşısında yuxulayırsınız?

Kompüter qarşısında yuxulayırsınız? Yorğunluq özünü daha çox yay ayında büruzə verir. Əksər insanlar fəsil dəyişən zaman bu haldan əziyyət çəkir. Ancaq halsızlıq, yorğunluq çox zaman qanazlığı və vitamin çatışmazlığının da əlaməti ola bilər. Bu halda işdə gümrah ola bilmir, kompüter qarşısında yuxulayırsınız.
Xarici mətbuata istinadən xəbər veririk ki, əgər sizdə yorğunluqla yanaşı saç tökülməsi, dırnaq qırılması, başgicəllənməsi varsa, həkimə müraciət etməniz məsləhətdir.
Əsasən A və B qrup vitaminləri, dəmir çatışmazlığında  bu hallar baş verir. Günlük menyunuzda təzə və mövsümi meyvə-tərəvəzlərə üstünlük verin. Bundan əlavə yumurta, mal əti, spanaq, paxlalı bitkilər, bəkməz dəmirlə zəngin olduğundan müalicədə köməkçi vasitə kimi istifadə edilə bilər.
Geri qayıt