Masajın bilinməyən faydaları

Masajın bilinməyən faydaları Masaj rahatlaşmağa ehtiyacı olan və yorğunluğunu atmaq istəyən hər kəsin ağlına gələn ilk üsullardan biridir. Müxtəlif texnikalarla edilən masaj növlərinin təsiri də hamımıza məlumdur.
Türkiyə mətbuatına istinadən masajın bilinməyən faydalarını təqdim edirik:
1. Qan və linfa dövranını yaxşılaşdırır, orqanizmdən ödəm və toksinlərin kənarlaşdırılmasını sürətləndirir
2. Yuxunu normaya salmağa kömək edir
3. Bədən, zehn və ruh sağlamlığında tarazlığı qoruyur
4. Serotonin, dofamin kimi xoşbəxtlik hormonlarının miqdarını artırır, stress hormonlarını isə azaldır
5. Davamlı masaj immuniteti gücləndirir
6. Dəridə qırış yaranmasının qarşısını alır
7. Onurğa problemləri və qamət pozulmalarının aradan qaldırılmasında böyük rolu var
8. Həzm və ifrazat sistemini yaxşılaşdırır 
Qeyd edək ki, masajın faydalarından yararlanmaq üçün mütəxəssislərə müraciət etmək lazımdır.
Geri qayıt