İmmunitetinizi bunlarla güclü saxlayın

İmmunitetinizi bunlarla güclü saxlayın Son iki ilin ən çox yayılan və qorxulan xəstəliyi koronavirus hələ də sürətlə yayılır. Bundan qorunmaq üçün ilk növbədə immuniteti yüksək saxlamaq mütləqdir.
Xarici KİV-ə istinadən xəbər veririk ki, immuniteti qorumaq üçün vitaminlərdən çox istifadə etmək lazımdır.
İmmuniteti gücləndirmək üçün tərkibində A cə C vitamini olan kök,brokolli, balqabaq, göyərtilər, lobya yeyilməlidir. Mövsümə uyğun meyvələr gündəlik qida rasionunda yer almalıdır.
E vitamini soyuqdəymə zamanı bədənin müqavimətini artırır. Quru meyvələrin, çərəzlərin tərkibində E vitamini bol olur.
Sümük və diş sağlamlığı üçün önəmli olan D vitamini günəş şüasından alınır. Digər tərəfdən balıq yeməlisiniz. Şəkərli qidaların yerinə kəpəkli çörək və şirniyyat yeyin.
Geri qayıt