Rəngli detoks salatı

Rəngli detoks salatı İsti havalarda ən çox yeyilən yemək salatlardır.
Türkiyə mətbuatına istinadən verdiyimiz vitaminli salat resepti ilə həm doyacaq, həm də toksinlərdən qurtulacaqsız.
Ərzaqlar:
3-4 yarpaq qırmızı kələm
yarım dəstə spanaq
1 ədəd kiçik kök
Yarım ədəd avokado
1 ovuc nar
1 ç.q kətan toxumu
yarım ç.q qara çörək otu
1 x.q zeytun yağı
Limon
Duz
Ərzaqları istədiyiniz ölçüdə doğrayıb, üzərinə limon suyu, yağ əlavə edin. Təqdim etdiyimiz salatı nahar və ya şam yeməklərində yeyə bilərsiniz. Oruc tutanlar üçün də ideal hesab edilən salat liflə zəngindir və bu da uzun müddət tox qalmağınızı təmin edəcək.
Geri qayıt