Arıqlamaq üçün niyə su içməliyik?

Arıqlamaq üçün niyə su içməliyik? Düzgün maye istehlakı olmadan fiziki yüklər və sağlam qidalanma arıqlamaq üçün istədiyiniz nəticə verməyəcək.
Rusiya mətbuatına istinadən xəbər veririk ki, alimlərin araşdırmalarına görə, su düzgün metabolizm və orqanizm üçün çox əhəmiyyətlidir. Çünki su qəbulu zamanı onun tərkibində olan faydalı maddələr, vitaminlər və oksigen orqanizmimizə daxil olur.
Əgər insan kifayət qədər su içirsə, orqanizmdə davamlı olaraq maye axını yaranır. Əks halda isə hüceyrələr durğun halda olur. Bu da artıq çəki və piylənməyə gətirib çıxarır.
Arıqlamaq üçün isə yalnız maye qəbuluna üstünlük vermək də düzgün deyil. Bunun üçün pəhriz və idmana da yer ayırmaq lazımdır.
Su içərkən isə onun soyuq və ya isti yox, otaq temperaturunda olması məsləhət görülür. 
Geri qayıt