Maddələr mübadiləsini sürətləndirən qidalar

Maddələr mübadiləsini sürətləndirən qidalar Qreypfrut: Tərkibində C vitamini yüksək olan meyvələr maddələr mübadiləsini sürətləndirən qidalar arasındadır. Bu şəfalı meyvələr bədəndəki yağların yandırılmasına yardımçı olaraq arıqlamağı da sürətləndirir.

Acı bibər: Jalepeno bibəri kimi acı bibərlər, bədəni yandırıcı xüsusiyyəti yüksək olan qidalardır. Qan qövranını artıran acı bibər, maddələr mübadiləsini də sürətləndirir.

Tərkibindəki kapsaisin maddəsi sayəsində qan dövranını sürətləndirir. Aparılan araşdırmalarda, acı bibər yedikdən sonra təxminən 3 saat ərzində maddələr mübadiləsinin 25% daha sürətləndiyi müşahidə edilmişdir.

Alma: Rio de Janeiro Universitetində aparılan araşdırmaya görə gündə 3 ədəd kiçik alma yemək arıqlamağı və maddələr mübadiləsinin sürətini artırdığı məlum olmuşdur.
Şorbalar: Xüsusilə evdə bişən şorbalar sağlamlıq baxımından olduqca faydalıdır. Şorba içilməsiylə bədənə alınan su miqdarı artırılır və maddələr mübadiləsi sürətlənir. Yeməklərdə əvvəlcə şorba içilməsi maddələr mübadiləsi baxımından əhəmiyyətlidir.

Armud: Gün arasında armud yeyilməsi toxluq hissi yaradır. Rio de Janeiro Universitetində aparılan araşdırmada yemək aralarında armud yemək maddələr mübadiləsini sürətləndirdiyi məlum olmuşdur.
Geri qayıt