Axşam yeməyindən imtina edənlər bu xəstəliyə tutulurlar

Axşam yeməyindən imtina edənlər bu xəstəliyə tutulurlar Yaponiyalı alimlərin araşdırmalarına görə axşam yeməyindən imtina etmək insanlarda obezite (psixoloji narahatlıqlar, hormonal, öd kisəsi, əzələ və skelet quruluşunda pozulmalar) xəstəliyinə gətirib çıxarır.

Xarici KİV-ə istinadən xəbər veririk ki, Osaka Universitetinin alimləri 18 yaşdan yuxarı 25 min şəxs üzərində araşdırma aparıblar.

Tədqiqatlardan sonra belə qənatə gəliblər ki, axşam yeməyini yeməmək çəkini artırır. Bu qaydasız rejim kökəlmə ilə yanaşı, insanlarda yuxusuzluğa və daha da çox yeməyə səbəb olur. Bəzən nizamsız pəhriz yeməkləri də obezite xəstəliyinə gətirib çıxarır.

Sözügedən xəstəlik vaxtında müalicə olunmadıqda hipertansiyon, qaraciyər piylənməsi və tac artar (ürəkdə damar tıxanması) kimi xəstəliklərə yol açır.

Buna görə də mütəxəssislər obezite yaxalanmamaq üçün mütləq axşam yeməyi yeməyi tövsiyyə edirlər.
Geri qayıt