Acqarına qəhvə içmək nəyə səbəb olur?

Acqarına qəhvə içmək nəyə səbəb olur? Acqarına qəhvə içmək qanda şəkərin səviyyəsinə nəzarətin itirilməsinə gətirib çıxara bilər.

Belə bir nəticəyə Böyük Britaniyanın Bata Universitetinin alimləri apardıqları araşdırmalar nəticəsində gəliblər.

Tədqiqatın nəticələri “British Journal of Nutrition” nəşrində yerləşdirilib.

Alimlərin fikrincə, qəhvədən uzun müddət istifadə etdikdə, şəkərin qandakı səviyyəsindəki sıçrayışlar bədənin qlükozaya qarşı reaksiyasının pozulmasına səbəb ola bilər. Bu da öz növbəsində ikinci tip diabetin inkişaf riskini artırır.

Tədqiqatın müəllifləri qeyd edirlər ki, səhər qəhvəsindən tamamilə imtina etməmək də olar. Sadəcə onu içməzdən əvvəl, doyumlu səhər yeməyi yemək kifayətdir.
Geri qayıt