Hər gün balqabaq yeyin- Kişi və qadınlarda seksual gücü artırır

Hər gün balqabaq yeyin- Kişi və qadınlarda seksual gücü artırır Balqabağı sevməyənlər belə onun 7 fərqli faydasını bildikdən sonra hər gün yeyəcəksiz.

Hazırda mövsümü olan və faydalarını elm adamlarının təsdiqlədiyi balqabağı müxtəlif cür tükədə bilərsiz.

Həm uşaqlar, həm kişi və qadın sağlamlığı üçün təsirini təqdim edirik

1. Libidi, cinsi istəyi artırır

Balqabağın ətri afrodiziakdır. Seksual istəyi alovlandırmaq üçün balqabaq püresinə darçın, vanil qatıb yeyin. Eləcə də onun yağını bədənə çəkin. Balqabaq yağını ətirli şama çəkib yandırmaq cütlüklərə yaxşı təsir edir. Onun tumu isə kişilərdə prostat vəzinin sağlamlığı üçün əvəzsizdir.

2.Dəri və saçları gözəlləşdirir

Karotin, C və E vitamini ilə zəngin balqabağın lətini əzib, onu bir qədər su ilə qatıb saşlara maska, üzə çəkmək olar. Məsamələri təmizləyir, elastikliyi artırır, üzə və saçlara parlaqlıq verir. Üz əzələrinin tonusunu artırır, liftinq effekt verir.

3.Beyin damarlarını xilas edir

Balqabaq bütün digər sarı, narıncı tərəvəzlər, meyvələr kimi karotinoidlərlə zəngindir, beynin qocalmasının qarşısını alır, turşuma prosesini saxlayır, damarları sağlıqlı edir.

Balqabaq qanda xolesterini salır, damar tutulmasına qarşıdır. Tumları isə amin turşuları sayəsində damarların ömrünü artırır, qan ötürülməsini sürətləndirir.

4.Ürəkbulanmaya və zəhərlənməyə qarşı

Hamilələr toksikoz zamanı balqabaq tumları qəbul edə bilər. Eləcə də zəhərlənmələr zamanı orqanizmi tez bərpa edir. Nəqliyyatda ürəyi bulananlar da qovrulmuş tumlarını daim yanında gəzdirsin

5.Menopauza zamanı lazımdır

Menopauza zamanı qadınlara hormonəzəvləyici terapiya olunur, balqabaq təbii hormonal tərkiblidir. Onun tumlarında fitoestrogen vardır, ona görə erkən menopauzaya qarşı balqabaq tumu yeyin.

6.Piylənmə, diabet önləyici

Nəinki diabetin, aşırı piylənmənin profilaktikasında, həmçinin artıq şəkər xəstəliyi zamanı da özü və tumları yeyilməlidir.

Balqabaqda olan zülal qlükozanı normaya salır.

7.Nevroz, sinir və depressiyada

Tərkibində çox miqdarda maqniy və sink vardır ki, bu sinir və əsəb xəstəlikləri olanlar üçün vacibdir. Triptofan tumlarında çoxdur. Bu maddə isə əsəbləri sakitləşdirir, yuxunu normallaşdırır, insanın depressiyadan çıxması üçün vacibdir.

Xoşbəxtlik hormonu serotonin də əhvalı qaldırır, təbii antidepressantdır.

Balqabaq ləti B qrup vitaminləri ilə zəngindir, bu qrup da nevrozlar üçün təyin olunur.
Geri qayıt