Düyünün ölümcül təhlükəsi açıqlandı

Düyünün ölümcül təhlükəsi açıqlandı Düyüdən çox istifadə ürək-damar xəstəliklərindən ölüm riskini artırır.

Müvafiq tədqiqatın nəticələri “Science of the Total Environment” jurnalında dərc olunub.

Mançester və Salford universitetlərinin alimləri İngiltərə və Uels sakinlərinin göstəricilərini analiz ediblər və düyüdən müntəzəm istifadənin onların orqanizminə təsirini dəyərləndiriblər. Məlum olub ki, orqanizmində problem olan bu məhsulu sevənlərin 25%-nin ürək-damar xəstəliklərindən ölüm riski yüksəkdir.

Mütəxəssislər müəyyən ediblər ki, düyü tərkibində siçan zəhəri toplaya bilir ki, bu da sonradan insan orqanizminə keçir. Alimlər bildirirlər ki, bu elementdən kiçik dozlarda istifadə ürək və damarlar üçün çox təklükəlidir və hər il minlərlə insanın vaxtından əvvəl ölməyinə gətirib çıxarır.

Xəstələnmə riskini azaltmaq üçün mütəxəssislər bu məhsulu sevənlərə rasionlarını digər dənli bitkilərlə zənginləşdirməyi məsləhət görürlər.
Geri qayıt