Xanımlar niyə aylıq tsikl ərəfəsində çox yeyir?

Xanımlar niyə aylıq tsikl ərəfəsində çox yeyir? Qəribədir, aylıq tsikl yaxınlaşanda qızlar nə isə yemək istəyirlər. Çətini də odur ki, damaq dadını tutdurmaq olmur: gah pizza, gah şirniyyat, gah şokolad, gah da sadəcə, ağ çörək yemək niyyətinə düşürlər.

Hətta bu ərəfədə xanımlar artıq çəki alacaqlarından narahat olurlar.

Bu, niyə belə olur?

Aylıq tsikl zamanı orqanizmdə metobolizm güclənir. Yəni orqanizm daha çox kalori "yandırmağa" başlayır. Ona görə də qadın tez acır və doymanı hiss etmir. Bu zaman orqanizm daha çox karbohidrat qəbul etmək istəyir. Digər tərəfdən isə aylıq tsikl zamanı qanda progesteron hormonunun (sakitləşdirici) fəaliyyəti zəifləyir. Bu zaman biz arada üşüyür, sonra tez – tez tərləyirik. Ona görə də aylıq tsikl zamanı qadınlar nə yesələr də o qədər çox kökəlmirlər. Əsas problem ayaqlarda, qarında və döşlərdə olan şişkinlikdir. Bu da insanda aldadıcı köklük effekti yaradır və bir müddətdən sonra aradan qalxır.

Bununla mübarizə aparmaq olar?

Mübarizə aparmaq yox, amma yediklərinə fikir vermək lazımdır. Yemək paylarını azaltmaqla istədiyin hər şeyi yeyə bilərsən.

Qeyd edək ki, aylıq tsikl zamanı ürəyin istəyən qidadan imtina etmək olmaz. Çünki bu ərəfədə orqanizm həmin qidanın tərkibində olan maddələrə ehtiyac duyur. Əsas odur ki, bu ərəfədə çay və kofeni menyudan uzaqlaşdırasan. Onlar psixoloji tənzimləməni pozur. Bu ərəfədə şokolad (qan yaradır), kartof, sıyıq, banan və qara çörək yemək daha məsləhətlidir.
Geri qayıt