SEVDİYİMİZ ÇAY: nə vaxt xeyir, nə vaxt ziyan verir?
Dünyanın müxtəlif ölkələrində çay və kofe isti içkilər arasında ən çox istifadə olunanlardır. Şəkərli, şəkərsiz, tünd və ya açıq, müxtəlif növ şirniyyatla və ya konfetlə və s. çeşidlər saymaqla bitməz. Bəs siz bunların insan orqanizminə nə kimi zərərlərinin olduğunu bilirsizmi? Tünd çay və kofe sinir sistemini qıcıqlandırır. Eləcə də həddən artıq kofe ürəyə ziyandır. Bunları hər birimiz bilirik.
Lakin alimlər araşdırıblar ki, bizim çay ilə içdiyimiz, zərərsiz saydığımız məhsullar, hətta ən faydalı məhsul olan bal belə düzgün istifadə olunmazsa, orqanizmə ziyan vura bilər. Bəs siz çayı nə ilə içirsiz?
Çayın dadına dad qatan təamların zərərli və xeyirli tərəflərindən xəbərdar edirik:
Şəkərlə çay. Alimlər birmənalı olaraq çaya şəkər qatılmasına qarşıdılar. Araşdırmalar onu göstərir ki, çayı şəkərsiz içən xalqların nümayəndələrində onkoloji xəstəliklərə daha az rast gəlinir. Bir qrup ekspertlər isə əksinə, bunu bir başa qara çay ilə əlaqələndirirlər. Onların fikrincə, qara çaydan mümkün qədər az istifadə etmək orqanizm üçün çox xeyirlidir. Daha yaxşı olardı ki, insanlar yaşıl çaya üstünlük versinlər. Hətta yaşıl çaya şəkər qatıb içmək onun müalicəvi təsirini daha da gücləndirir və orqanizmə qara çaydan çox daha faydalıdır.
Südlü çay. Qara çayın mühüm və təbii komponentləri var. Çox güclü antioksidantlarla zəngindir. Tərkibində bir sıra efir yağları, taninlər, flavonoidlər, alkaloidlər, vitaminlər olan çay sərbəst radikal hüceyrələrin və onkoloji şişi yaradan molekulları neytrallaşdıra bilir. Bundan başqa, diabet və ürək-damar çatışmazlığının inkişafını ləngidir. Amma nəzərə alın ki, siz çaya süd tökməklə onun tərkibini dəyişirsiz və onun unikal müalicəvi təsirini öldürmüş olursuz.
Limon qələvi elementlərlə olduqca zəngindir. Bundan başqa onun tərkibində 8% qədər üzvi turşular, 3% qədər şəkərlər, azotlu maddələr, mineral maddələr (kalium, mis), A, VI, V2, Z, S vitaminləri, fitosidlər və s. Limonun tərkibində R vitamini var. İnsan orqanizmində onun qıtlığı qanaxmalara, ayağ ağrılarına, dərialtı qansızmalara, ümumi zəifliyə gətirib çıxarda bilər.
Limon ilə çay. Limon qələvi elementlərlə olduqca zəngindir. Tərkibində 8%-ə qədər üzvi turşular, 3%-ə qədər şəkər, azotlu və mineral maddələr (kalium, mis), fitosidlər, A, VI, V2, Z, S vitaminləri var. Eyni zamanda, limonun tərkibində insan orqanizmində çatışmayan R vitamini var ki, məhz onun qıtlığı orqanizmində qanaxmalara, ayağ ağrılarına, dərialtı qansızmalara, ümumi zəifliyə gətirib çıxarda bilər. Lakin bütün bu vitaminlər limon dilimini isti içkiyə atdığınız zaman məhv olur. Yüksək temperaturun təsiri altında limonun tərkibində olan C vitamini və digər qiymətli komponentlər tamamilə dağılır. Orqanizminizi limonun faydalı komponentləri ilə zənginləşdirmək istəyirsinizsə, məsləhətdir ki, çaya və ya istənilən isti içkiyə limonu dərhal yox, nisbətən soyuq halda atasınız.
Bal ilə çay. Şəkərlə müqaisədə alimlər çayın bal ilə içilməsinin tərəfdarıdır. Lakin diqqətli olmanız gərəkən bir neçə amil var. Bal daxili orqanları sağlamlaşdırır, insana enerji verir, iradəni möhkəmləndirir, ovqatı yaxşılaşdırır, bədəni gümrahlaşdırır, cavanlığı qoruyub saxlayır, ömrü uzadır və.s. Bütün bunlara baxmayaraq, isti çay həvəskarları bilməlidir ki, 40 dərəcə isti çayla içilən bal orqanizm üçün ciddi risk deməkdir. Belə ki, 40 və daha yuxuarı (60°C) istilikdə olan çaya qatılan balın dəyərli fermentləri parçalnır. Kanserogen maddəyə çevrilən bal oksidləşmə nəticəsində mədə-bağırsaq, həzm sistemində və digər orqanlarda bədxassəli yeni törəmələrin yaranmasına səbəb ola bilir.
Geri qayıtLakin alimlər araşdırıblar ki, bizim çay ilə içdiyimiz, zərərsiz saydığımız məhsullar, hətta ən faydalı məhsul olan bal belə düzgün istifadə olunmazsa, orqanizmə ziyan vura bilər. Bəs siz çayı nə ilə içirsiz?