Bal və darçınlı maska

Bal və darçından hazırlanan maskanı təqdim edirik.
1 çay qaşığı darçınla 2 yemək qaşığı balı qarışdırıb məcun halına gətirin. Üzünüzə çəkib 15-20 dəqiqə saxladıqdan sonra ilıq su ilə təmizləyin. Üzünüzü quruladıqdan sonra tonik və nəmləndirici krem çəkin.
Qeyd edək ki, həssas dəriyə sahib deyilsinizsə, maskaya bir çay qaşığı soda da əlavə edə bilərsiniz.