Makiyajla yatmamaq üçün 4 əsas səbəb

Makiyajla yatmamaq üçün 4 əsas səbəb Bəzən qadınlar gərgin iş gününün sonunda makiyajlarını təmziləmədən yatağa girirlər. Bu isə üzdə ciddi fəsadlara yol aça bilər.

Makiyajla yatmamaq üçün 4 mühüm səbəbi təqdim edirik:

Makiyajla yatmaq dərinizin yağ tarazlığını poza bilər və xoşagəlməz fəsadlara yol açar. Dəridə yağ paylanmasının pozulması sızanaqlara və qara nöqtələrə səbəb olur.
Tuş və göz kölgəsini təmizləmədən yatsanız, gözətrafınız nəfəs almayacaq, bu isə qara kölgələrin yaranmasına, kirpiklərin qırılmasına səbəb olacaq. Daha da təhlükəlisi isə göz infeksiyalarına yoluxma təhlükəsidir.
Makiyajla yatmaq dərini daha tez qocaldır. Qırışlar artır, dəri sallanır.
Makiyajla yatmaq səhər yuxudan durarkən dərinin daha da ağırlaşmasına, bu səbəbdən axşamla müqayisədə makiyajı təmizləməyin çətinləşməsinə gətirib çıxarır.
Geri qayıt