İltihabla mübarizə aparır, immuniteti yüksəldir

İltihabla mübarizə aparır, immuniteti yüksəldir Ədviyyatlar qidaya dad verməklə yanaşı, sağlamlığın dəstəklənməsində də vacib rol oynayır. Bu, Çili bibərinə də aiddir.

“Times Now” jurnalına istinadən onun ən yaxşı xüsusiyyətlərini təqdim edirik:

İltihabla mübarizə aparır. Çili bibəri anti-iltihabi xüsusiyyətə malikdir. Onun istifadəsi iltihabla bağlı ağrını azaltmağa kömək edir. Məsələn, artrit, anqina və psoriaz zamanı.

Ürək əzələsini möhkəmləndirir. Bu gün ürək xəstəlikləri - bütün dünyada əsas ölüm səbəblərindən biridir. Çili bibəri miokardı sağlamlaşdırır. Onun tərkibindəki birləşmələr qanda xolesterin və triqletseridlərin səviyyəsini aşağı salmaqda kömək edir.

İmmuniteti yüksəldir. Çili bibəri A vitamini və digər antioksidantlarla zəngindir. Bu da onu orqanizmi infeksiyalardan qorunmada əvəzsiz vasitəyə çevirir. Həmin maddələr hüceyrələri dağılmağa qoymur və orqanizmdə sərbəst radikalların aktivliyini azaldır.
Geri qayıt