Qaraciyər hüceyrələrini bərpa edən 4 qida – Hər gün yeyin

Qaraciyər hüceyrələrini bərpa edən 4 qida – Hər gün yeyin Hansı qidalar qara ciyərin dostudur?...
Müasir insanın qidalanması sanki bilərəkdən qaraciyəri sıradan çıxarmağa hazırlanıb. Alkoqol, qazlı, şirəli sular, rəngli qidalar, yağlar, trans yağlar, karbohidratlar, siqaret, dərmanlar, hava - qaraciyərin işini çətinləşdirir.

Xoşbəxtlikdən bu orqan dözümlüdür və hüceyrələri öz-özünü bərpa edə bilər. Bu da o halda baş verir ki, zərərli maddələrin axınını azaldıb, ona dəstək verək.

Medicina.az-a istinadən qaraciyər hüceyrələrini bərpa etməyə kömək edən və təsiri elmi tədqiqatlarla sübut olunan 4 vacib qidanı təqdim edirik:

1. Balqabaq

Təbii A vitamini mənbəyidir. Qaraciyərin dərmanıdır. Sobada bişirilmiş balqabaq isə qaraciyəri təmizləyir, gücləndirir

2. Laminariya, dəniz kələmi

Apteklərdə və marketlərdə satılır. Qaraciyəri ağır metallardan, toksin və duzlardan təmizləyir. Yodla zəngindir.

3. Ərik qurusu

Amma özünüz qurutduğunuz, ən keyfiyyətlisi. Kuraqa dediyiniz qaysı, ərik qurusu sirroz və qaraciyər xərçəngini 2 dəfə azaldır.

4. Təmiz zeytun yağı

Təbii E vitamini ilə zəngindir, qaraciyəri sərbəst radikalların zərərindən qoruyur. Radiasion çirklənməni bədəndən təmizləyir.
Geri qayıt