İntim əlaqə olmayanda, orqanizm və bədəndə nələr baş verir – Kişi və qadınlar üçün

İntim əlaqə olmayanda, orqanizm və bədəndə nələr baş verir – Kişi və qadınlar üçün Heç kimə sirr deyil ki, qadın, kişi orqanizmində baş verən hormonal, cinsi, uroloji, ginekoloji problemlərin çoxu uzun müddət normal intim əlaqə və keyfiyyətli intim münasibətin olmamasından qaynaqlanır.

XalqXeber.az bildirir ki, Medicina.az həyatında nəinki həftələr, hətta aylar, illərlə seks olmayan insan, xüsusən qadınların orqanizmində hansı problemlərə yol açdığını araşdırıb.
İMMUNİTET ZƏİFLƏYİR


Doktor Kori Honikman hesab edir ki, müntəzəm olaraq keyfiyyətli intim həyatı olan insanların immuniteti 43 faiz daha yüksək olur. İmmun sistem xüsusən əvvəllər normal intim münasibəti olan sonradan azalan insanlarda bu əskikliyə mənfi reaksiya verir.
STRESS HORMONLARI ARTIR

Seks xoşbəxtlik hormonu olan serotoninin sintezi üçün fabric rolunu oynayır. Britaniya universitetinin araşdırmaları göstərib ki, müntəzəm intim münasibətdə olanlar stress vəziyyətlərini asanlıqla aşır. İntim əlaqəsi heç olmayanlar isə stresə qarşı davamsız olur.

EREKTİL DİSFUNKSİYA BAŞLAYIR

Erkən boşalma və erektil disfunksiya müntəzəm və keyfiyyətli intim münasibətin olmamasından qaynaqlana bilir.
LİBİD AZALIR

Doktor Honikman qeyd edir ki, uzun müddət intim əlaqədən uzaq duran insanlarda orqanizm bu hala öyrəşir və libidi azaldır.
PROSTAT XƏRÇƏNGİ RİSKİ ARTIR

Prostat xərçəngi pasiyentləri üzərində aparılmış araşdırma göstərib ki, uzun müddət seksdə fasilə kişilərdə prostatit və xərçəngə yoluxmaq riskini 35% artırır.
İNSANIN ÖZÜNƏ GÜVƏNİ İTİR
Geri qayıt